Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb.
Bizim.Media xəbər verir ki, hazırda Əminə Yusifqızının cənazəsi dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.
Qeyd edək ki, Əminə Yusifqızı ötən gün 89 yaşında dünyasını dəyişib. Onun sənət yolu Azərbaycan teatr və kino tarixində silinməz iz buraxıb.
Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media