Türkiyənin Artvin bölgəsindəki sel fəlakəti zamanı çoxmərtəbəli binanın birinci mərtəbəsində yaşayan Mustafa və Fatma Töngel cütlüyü yuxarı mərtəbədəki qonşularının salladığı iplə ölümdən qurtulub.
Bizim.Media xəbər verir ki, müvafiq görüntüləri “Haber Global” yayıb.
Təbii fəlakət zamanı ölümlə üz-üzə qalan cütlük bir-birindən hallalıq da alıb. Telekanal videonun qəhrəmanlarını danışdırıb.
Bizim.Media