Dünən Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülən şəhid hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlunun videosu yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yer alıb.
O, videoda “Bizim gəncəli qardaşımız Abbasa Kəlbəcərin Zodundan, Göyçə mahalından salamlar” deyib.
Xatırladaq ki, 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olan hərbçi bu gün dəfn ediləcək.
Vətən müharibəsində iştirak edən Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, F.Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.
Bizim.Media