Meyxanaçılar Tərlan Novxanı ilə Pərviz Bülbülə arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, buna səbəb Tərlanın “Rəngarəng”dəki açıqlamaları olub.
Belə ki, meyxanaçıya iki həmkarı – Pərviz Bülbülə və Aqşin Fatehin fotosu göstərilib. Lakin Tərlan onlarla bağlı tənqidi fikirlər səsləndirib:
“Mənə görə nə Pərviz Bülbülənin, nə də Aqşin Fatehin sözü qılınc kimi itidir. Söhbət meyxanadan gedirsə, ad çəkməyəcəyəm. Ayrı-seçkilik ola bilər, meyxana ustadlarımız çoxdur, ora Pərvizlə, Aqşin aid deyil. Meyxanaçı kimi qəbul edirik, lakin “sözü qılınc kimi itidir” demək olmaz. Onlar özləri də bilirlər.
Sözün ağırlığı var. Oqtay Kamilin sözünün yanında onların sözləri iti deyil. Aqşin məndən inciyə bilməz. Pərviz özü bilər, inciyirsə, incisin. Sabah Aqşin də mənə eyni sözü deyə bilər. Aqşin meyxana ustasıdır, Pərviz onunla bir deyil. Müqayisədə Aqşin daha üstündür. Özümü Pərvizlə şəxsidə müqayisə etmərəm, nəinki meyxanada.
İnsan olduğu kimi olmalıdır. Efirdə necəyəmsə, məclisdə, ya da başqa yerdə də elə olacam. Efirdə haqdan danışıb, başqa yerdə haqq kəsmərəm. Haqqımı kəsmək heç kimin həddi deyil. Bunu etsə, cavabını alacaq”.
Sara, Bizim.Media