Uels şahzadəsi Keyt Middltonun hündürdaban ayaqqabıda hərbi təyyarədən enməsi gündəm olub.
Bizim.Media xəbər verir ki, Keyt Middltonun hərbi bazaya səfəri zamanı onun hündürdaban ayaqqabıda olması diqqət çəkib.
Həmin anın görüntüləri sosial şəbəkədə yayılaraq müzakirələrə səbəb olub.
Belə ki, Böyük Britaniyanın Koninqsbi Hava Qüvvələrinin bazasını fəxri komandir olaraq ziyarət edən 43 yaşlı Uels şahzadəsi hündürdaban ayaqqabıda döyüş təyyarəsini yoxlayıb və hətta uçuş simulyatorunu işə salıb.
Bizim.Media