Rusiya prezidenti Vladimir Putin ABŞ nümayəndələri ilə qarşılıqlı əlaqə təcrübəsindən danışarkən zarafatla özünü “gələcək ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ / CIA) direktoru” adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı danışıb.
«Mən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru kimi nə görmüşəm bilirsizmi? Yəni gələcək direktor kimi!» — dövlət başçısı zarafatla deyib.
Putinin sözlərinə görə, keçmiş ABŞ prezidenti Corc Buş onu MKİ direktorunun iştirakı ilə gizli sənədlərlə tanış edib:
“O dedi: “cənab prezident, siz bu Top Secret sənədləri oxumusunuz, xahiş edirəm imza atın, belə qayda var”. Mən dedim: “Yaxşı, olar”. Götürdüm, imza atdım”.
Bizim.Media