Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Qərbin qarşıdurması ilə bağlı suala Puşkinin şeiri ilə cavab verib.
Bizim.Media xəbər verir ki, şeiri Rusiya Prezidenti Vladimir Putin Valday Klubunun Plenar iclasında səsləndirib.
“Bu şeir bir çox suala yaxşı cavabdır”, - Rusiya lideri qeyd edib.
Şeirin sözlü tərcüməsini təqdim edirik:
Deyirdilər: irəliləyirdi tayfalar,
Rusiyaya bəla ilə hədə qorxu gələrək;
Axı bütün Avropa burada deyildimi?
Bəs kim idi onu aparan ulduz?..
Lakin biz möhkəm dayandıq
Hücuma sinə gərdi
Qürurlu iradəyə tabe olan tayfalar
Bərabər oldu qeyri-bərabər savaşda.
Bizim.Media