“Əgər ABŞ-nin lideri 2022-ci ildə də Tramp olsaydı, Ukraynada müharibə olmazdı”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Klubunun Plenar iclasında bildirib.
Putin qeyd edib ki, ABŞ administrasiyası ilə Rusiya hakimiyyətinin işi başqa cür qurulsaydı, münaqişənin qarşısını almaq mümkün olardı:
“Ukrayna faciəsi həm ukraynalılar, həm də ruslar üçün ağrıdır. Beyin yuyulmasına baxmayaraq, Ukraynada dəyişikliklər baş verir”.
Bizim.Media