“AzParking”in əməkdaşı görün hansı sirləri açdı – ŞOK FAKTLAR - VİDEO

Bakıdakı “AzParking”ın 1,5 illik iş stajına malik əməkdaşı, müharibə veteranı Kənan İlyasov şirkətdə ona qarşı ədalətsiz davranışlardan şikayət edib. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda İlyasov əmək hüquqlarının kobud şəkildə pozulduğunu və şirkətdə qanunsuzluqların olduğunu iddia edib: 
 

“İşçiləri tualetə yalnız gündə bir dəfə buraxırlar, nahar fasiləsi verilmir, bayram günləri əlavə ödəniş almırlar, siqaret çəkmək qadağandır”.


O, daxili nəzarətçi Zalış Zeynalov və auditor İlkin bəyin vaxtla manipulyasiya etdiyini, nəticədə avtomobil nömrələrinin sistemdə görünmədiyini və sürücülərlə münaqişələrin yarandığını deyib. 

İlyasov rəhbərlikdə qohumluq əlaqələrinin olduğunu və vəzifə yüksəlişi üçün rüşvət tələb edildiyini iddia edib:

“Onlara göstərişləri xidmət rəisi Yalçın Bəşirov və regional direktor Azər Seyfullayev verir. Bizə böhtan atırlar. Bütün rəhbərlik qohumlardan, yerlilərindən, əmisi uşaqlarından ibarətdir. Vəzifəyə yüksəliş üçün də rüşvət tələb olunur”.

“AzParking” MMC caliber.az-a yayılan məlumatların həqiqəti əks etdirmədiyini və qərəzli olduğunu bildirib. Şirkət əməkdaşlarının hüquqlarının Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tam qorunduğunu vurğulayıb. İşçilər növbəli iş rejimində çalışır, gün ərzində bir saatlıq nahar fasiləsi verilir və bayram günlərində qanunvericiliyə uyğun ödəniş alırlar. Bütün əməkdaşlar ödənişli və ödənişsiz məzuniyyət hüququna malikdir.

Şirkət həmçinin həssas qruplardan olan şəxsləri işə qəbul edir – çoxuşaqlı ailə başçıları, təkbaşına övlad böyüdən atalar, tələbələr və sağlamlıq imkanları məhdud şəxslər komandada çalışır.

Videoda iddia edilən audit şöbəsinin qanunsuz hərəkətləri barədə məlumatlar da təkzib olunub. Şirkət əməliyyatların yalnız sistem vasitəsilə izlənildiyini və tam nəzarət altında olduğunu açıqlayıb.

“AzParking” MMC əsas məqsədinin vətəndaşlara keyfiyyətli xidmət göstərmək və əməkdaşların hüquqlarını qorumaq olduğunu bildirərək, qərəzli məlumatlara yalnız faktlara əsaslanaraq reaksiya verəcəyini və fəaliyyətini ədalət, etibar və qarşılıqlı dəyər prinsiplərinə əsaslanaraq davam etdirəcəyini vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyalı yazıçıya 7 il həbs cəzası verildi

Rusiyalı yazıçıya 7 il həbs cəzası verildi

Beş il öncə bu gün – 1 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ -ADLAR

Beş il öncə bu gün – 1 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ -ADLAR

Avropa liderləri bir araya gəlir - İlham Əliyev də dəvət edilib

Avropa liderləri bir araya gəlir - İlham Əliyev də dəvət edilib

Soyuqla gələn gizli ÖLÜM - Qışda infarkt riski ARTIR

Soyuqla gələn gizli ÖLÜM - Qışda infarkt riski ARTIR

Prezident və birinci xanım Bakıda salınan yeni parkın açılışında – FOTO

Prezident və birinci xanım Bakıda salınan yeni parkın açılışında – FOTO

Azad edilmiş ərazilərdə ötən ay nə qədər mina aşkarlanıb?

Azad edilmiş ərazilərdə ötən ay nə qədər mina aşkarlanıb?

Deripaska rusiyalı biznesmenləri gəmiləri dartan fəhlələrlə müqayisə etdi

Deripaska rusiyalı biznesmenləri gəmiləri dartan fəhlələrlə müqayisə etdi

Azərbaycanda daha bir nazirlik və komitə birləşdiriləcək

Azərbaycanda daha bir nazirlik və komitə birləşdiriləcək

Kolleclərə YENİ təyinatlar

Kolleclərə YENİ təyinatlar

Bu telekanalın jurnalisti həbs ediləcək?

Bu telekanalın jurnalisti həbs ediləcək?

Bu gün açılışı olan universitetdən FOTOLAR

Bu gün açılışı olan universitetdən FOTOLAR

İlon Maskdan İDDİALI AÇIQLAMA: “Marsda öləcəyəm”

İlon Maskdan İDDİALI AÇIQLAMA: “Marsda öləcəyəm”

Azər Bağırov “Kəpəz”ə qayıdır? – Özündən AÇIQLAMA

Azər Bağırov “Kəpəz”ə qayıdır? – Özündən AÇIQLAMA

Trampdan dünyanı qorxuya salan NÜVƏ MESAJI – “Hazır OLUN!”

Trampdan dünyanı qorxuya salan NÜVƏ MESAJI – “Hazır OLUN!”

DİQQƏT! Sabah 4 rayonda qaz kəsiləcək

DİQQƏT! Sabah 4 rayonda qaz kəsiləcək

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI

iPhone almaq üçün böyrəyini satdı - Ömürlük əlil oldu

iPhone almaq üçün böyrəyini satdı - Ömürlük əlil oldu

Dostu 132 minini ələ keçirmişdi - Hökmü görmədən vəfat etdi

Dostu 132 minini ələ keçirmişdi - Hökmü görmədən vəfat etdi

“AzParking”in əməkdaşı görün hansı sirləri açdı – ŞOK FAKTLAR - VİDEO

“AzParking”in əməkdaşı görün hansı sirləri açdı – ŞOK FAKTLAR - VİDEO

Şəbnəmin atası ilə bağlı ÜZÜCÜ XƏBƏR

Şəbnəmin atası ilə bağlı ÜZÜCÜ XƏBƏR

Orbandan XƏBƏRDARLIQ: “Macarıstan Rusiya dronlarını vuracaq”

Orbandan XƏBƏRDARLIQ: “Macarıstan Rusiya dronlarını vuracaq”

Bəzi tikinti materialları ucuzlaşacaq - BU TARİXDƏN

Bəzi tikinti materialları ucuzlaşacaq - BU TARİXDƏN

Azərbaycanlı Həştərxan gömrüyündə 10 min dollarından İMTİNA ETDİ

Azərbaycanlı Həştərxan gömrüyündə 10 min dollarından İMTİNA ETDİ

Zelenski: “Ukraynanı məhv etmək istəyən bütün imperiyalar dağılıb"

Zelenski: “Ukraynanı məhv etmək istəyən bütün imperiyalar dağılıb"

End of content

No more pages to load

RADİO