Sumqayıt şəhərinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Sumqayıtdan H.Z. Tağıyev qəsəbəsinə gedən yolda baş verib.
Hərəkətdə olan mikroavtobus idarəetməni itirərək beton piltəyə çırpılıb. Hadisənin yolda işıqlandırmanın olmaması səbəbindən baş verdiyi bildirilir.
Bizim.Media