“Almaniya kansleri Fridrix Mertsdə tarixi yaddaşın atrofiyası müşahidə olunur və bu, çox təhlükəlidir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.
“Militarist ritorika gündən-günə artır. Onun məşhur ifadəsi “konstitusiyaya düzəlişləri qəbul etdirdim, indi isə daha çox vəsaiti silahlanmaya, hərbi infrastrukturun və hərbi potensialın inkişafına sərf etmək olar” - bunu dəfələrlə işlədib.
O, qürurla bəyan etdiyi hədəfini gizlətmir:
Almaniyanı yenidən Avropanın əsas hərbi maşınına çevirmək,” - deyə Rusiya xarici işlər naziri bildirib.
Bizim.Media