Xudat-Qusar yolunun 4-cü km-də - Xudat şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza zamanı "Kamaz" markalı yük avtomobili aşıb.
Qəzanın başqa avtomobilin yük maşının qarşısına qəfil çıxması səbəbindən baş verdiyi bildirilir.
Hadisə nəticəsində yük maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu