Qusarın Ləzə kəndində sentyabrın 22-dən başlayan palçıq seli artıq stabilləşməyə başlayıb.
Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, bu gün səhər saat 4.30-dan 6.30-dək palçıqlı su gəlib, evlərə hər hansı fəsad törətməyib.
MÖVZU İLƏ BAĞLI:
Ləzədə palçıq seli evlərə DOLUR – Sakinlər TƏŞVİŞDƏ – VİDEO
Qusar Fövqəladə Hallar Komissiyasından sorğumuza cavab olaraq bildirilib ki, Ləzədə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edir, vəziyyət tam stabildir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu