Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Moskva mediası və Kreml yönümlü təbliğat kanalları Rusiyanın Orexovo-Zuyevo şəhərində baş verən qalmaqallı hadisəni növbəti dəfə Azərbaycana qarşı çeviriblər.

Bizim.Media xəbər verir ki, hadisənin mərkəzində 46 yaşlı Müşeq Mejlumoviç Alkamyan dayanır.

O, avtobusda sərnişinləri təhqir edib. Daha əvvəl o, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin ailəsini zorlamaqla təhdid etmişdi. Sonradan polis onu saxlayıb və barəsində “xuliqanlıq” və “nifrət zəminində təxribat” maddələri ilə cinayət işi açıb. Alkamyan hərəkətlərini davamlı sərxoş olması ilə izah edib.

Məsələnin ən qalmaqallı tərəfi odur ki, Kreml təbliğatçıları bu şəxsi azərbaycanlı kimi təqdim edirlər.

Halbuki soyadı – Alkamyan, atasının adı – Mejlumoviç, boynundakı xaç aksessuarı onun erməni olduğunu açıq şəkildə göstərir. Bu, nə müsəlmana, nə də azərbaycanlıya aid ola bilməz.

Ən pis halda mümkündür ki, bu adam Sovet İttifaqı dövründə Bakı, Sumqayıt, Mingəçevir və ya Gəncədə doğulub. Lakin 1989-cu ildən sonra bu şəhərlərdə erməni yaşamır. Müstəqillik dövründə isə onun Azərbaycan vətəndaşı olması, pasport, ya da şəxsiyyət vəsiqəsi alması mümkünsüzdür. Hətta bu halda belə doğum yerinin Azərbaycan olması onun milliyyətini dəyişmir, azərbaycanlı etmir.

Belə saxtalaşdırmalar təsadüfi deyil. Kreml media resursları bu cür təqdimatla iki məqsəd güdür:

1. Azərbaycan diasporunun nüfuzuna xələl gətirmək;

2. Azərbaycanın adını kriminal hadisələrə bulaşdırmaq.
 

Əslində isə bu, tipik ikili standart və yalan təbliğat nümunəsidir. Rusiyada Bastrıkinin ailəsini zorlamaqla təhdid edən, sərnişinləri söyən və zorakılıqla hədələyən şəxs – ermənidir, xaçlıdır və Azərbaycanla heç bir bağlılığı yoxdur.


Bu hadisə bir daha göstərir ki, Kreml təbliğatı hər fürsətdə azərbaycanlıların adına ləkə yaxmaq üçün uydurma və saxta təqdimatlardan istifadə edir. Halbuki faktlar açıqdır: Bastrıkinin ailəsini zorlamaqla hədələyən şəxs – Alkamyan soyadlı bir ermənidir. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkərin əvəzedicisi TAPILDI

Şəkərin əvəzedicisi TAPILDI

Putin başına gələn hadisədən danışdı - VİDEO

Putin başına gələn hadisədən danışdı - VİDEO

Gədəbəydə qardaş-bacını maşın vurdu

Gədəbəydə qardaş-bacını maşın vurdu

Bakıda növbəti Formula 1 yarışı uğurla yekunlaşdı

Bakıda növbəti Formula 1 yarışı uğurla yekunlaşdı

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”

İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Hərbi jurnalist Şəmistan Nəzirli dəfn edildi

Hərbi jurnalist Şəmistan Nəzirli dəfn edildi

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Rusiya İstintaq Komitəsinin rəhbərini söyən erməni TUTULDU - VİDEO

Rusiya İstintaq Komitəsinin rəhbərini söyən erməni TUTULDU - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Alim Qasımov nəticəsi ilə...

Alim Qasımov nəticəsi ilə...

End of content

No more pages to load

RADİO