Fransada hökumət əleyhinə etirazlar davam edir.
Bizim.Media xəbər verir ki, büdcə kəsiri və böyük dövlət borcu fonunda hökumətin təklif etdiyi sərt iqtisadi tədbirlərə qarşı keçirilən etiraz aksiyalarında ölkə üzrə 1 milyondan çox insan iştirak edib.
Kütləvi iğtişaşların qarşısını almaq üçün polis gözyaşardıcı qaz və ölümcül olmayan sursatlardan istifadə edib.
Şəhər binalarına, o cümlədən bank binalarının fasadlarına ziyan dəyib. Avtobus dayanacaqları dağıdılıb, bəzi küçələrdə yandırılmış zibil yığınları müşahidə olunur.
Bizim.Media