“Rusiya Prezidenti Vladimir Putinin PUA-ları təkcə Polşaya yox, bütün Avropaya təhlükə törədir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Avropaya xəbərdarlıq edib.
"Onlar (PUA-lar) daha böyük məsafələri qət edə bilirlər. Mən tərəfdaşlarımızdan xahiş edirəm: bəhanə axtarmağı dayandırın – nə üçün sanksiyalar tətbiq edilmir?
Rusiya ilə Ukrayna arasındakı müharibə Putinin müharibəsidir. Və Rusiya ilə Polşa arasındakı müharibə də Putinin müharibəsidir", – deyə Ukrayna prezidenti axşam müraciətində bildirib.
Bizim.Media