Ukrayna ordusu gecə saatlarında Rusiyanın Leninqrad vilayətinin Primorsk şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Bizim.Media xəbər verir ki, hücumdan sonra şəhərdəki neft tankeri və nasos stansiyası yanıb.
Qubernator Aleksandr Drozdenkonun sözlərinə görə, tankerdə və stansiyada baş verən yanğın söndürülüb və tələfat qeydə alınmayıb.
Qeyd edək ki, Primorsk Finlandiya körfəzindəki ən böyük neft yükləmə limanıdır.
Bizim.Media