ABŞ-ın Minnesota ştatının Leykvil şəhəri yaxınlığındakı Eyrleyk hava limanı ərazisində "Robinson R66" tipli helikopter qəzaya uğrayıb. Nəticədə, helikopterin göyərtəsində olanların hamısı həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Fox News" telekanalı yayıb.
Məlumata görə, helikopter naməlum səbəbdən qəzaya uğrayıb və dərhal yanğın baş verib. Qəza qeyri-yaşayış sahəsində baş verdiyi üçün yerdə heç kim xəsarət almayıb.
Qeyd edək ki, helikopterdə neçə nəfərin olduğu hələ müəyyən edilməyib.
Bizim.Media