İtaliyanın Rai telekanalı Qarabağdan reportaj yayımlayıb - FOTO

İtaliyanın Rai telekanalı Azərbaycanın üzləşdiyi mina problemi, eləcə də Qarabağda aparılan bərpa və yenidənqurma layihələrindən bəhs edən reportaj yayımlayıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanya dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemdən bəhs edib.

Reportajda işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi barədə məlumatlar diqqətə çatdırılır.

Minaların humanitar problemlərdən əlavə ətraf mühitə də ziyan yetirdiyi və Azərbaycandakı minatəmizləmə problemlərinin həlli üçün beynəlxalq donorların da iştirakının əhəmiyyəti vurğulanır.
 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat rəhbəri Xaliq Zülfüqarov ölkəmizdə həyata keçirilən minatəmizləmə fəaliyyətindən danışıb.


ANAMA-nın keyfiyyətə nəzarət idarəsinin rəisi Elnur Qasımov qurumun humanitar minatəmizləmə fəaliyyəti, minatəmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi barədə ətraflı məlumat verib. O, ANAMA-nın bu sahədə topladığı təcrübə haqqında söz açıb və minatəmizləmə əməliyyatları zamanı yeni texnologiyaların, avadanlıqların və müasir yanaşmaların tətbiq edildiyini diqqətə çatdırıb.

Reportajda, eyni zamanda, Ağdam və Şuşada aparılan bərpa və yenidənqurma layihələrindən bəhs olunur.

İşğal dövründə yararsız vəziyyətə düşmüş və dağıdılmış tikililərin yenidən bərpa olunduğu, yeni infrastruktur layihələrinin həyata keçirildiyi, Şuşa və Ağdamın tikinti-quruculuq meydançasına çevrildiyi bildirilir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev SSRİ-nin dağılmasından sonra başlayan hərbi təcavüz və 30 ilə yaxın davam edən işğal dövründə yerlə-yeksan edilən Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığını bildirib.

Prezidentin köməkçisi, həmçinin hərbi münaqişə aradan qalxdıqdan sonra Azərbaycanın işğala məruz qalmasına baxmayaraq, Ermənistana sülh təklif edən ölkə olduğunu vurğulayıb.

Hikmət Hacıyev, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyətinin əhəmiyyətindən bəhs edib, həmin şirkətlərin Orta Asiyada genişlənmə üçün strateji pasportu təmsil etdiklərini bildirib. Vurğulayıb ki, İtaliyanın “Leonardo” şirkəti Xəzər regionunda fəaliyyətini genişləndirib və bu sahədə yeni bazarları inkişaf etdirərək Orta Asiya ölkələri ilə tərəfdaşlıq qurub.

Reportajda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bərpa olunan Şuşa qalası, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi və İsa bulağı, həmçinin Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı barədə də məlumat verilir.
 

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov “Böyük Qayıdış” Proqramı çərçivəsində insanların doğma yurdlarına qayıdışı prosesindən danışıb, şəhərdə inşa olunan hotel və mehmanxanalar barədə məlumat verib.


Eyni zamanda, İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ölkəmizin İtaliyanın əsas neft və təbii qaz təchizatçısı olduğunu deyib, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İtaliyada bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşunun əhəmiyyətindən bəhs edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SOCAR ilə “UCC Holding” arasında Anlaşma memorandumları İMZALANDI - FOTO

SOCAR ilə “UCC Holding” arasında Anlaşma memorandumları İMZALANDI - FOTO

"Trabzonspor" "Mançester Yunayted"lə RAZILAŞDI

"Trabzonspor" "Mançester Yunayted"lə RAZILAŞDI

Dünyada hər 8 nəfərdən birində psixi PROBLEM VAR

Dünyada hər 8 nəfərdən birində psixi PROBLEM VAR

Bu ölkədə 2028-ci ildən qadınlar da orduya ÇAĞIRILA BİLƏR

Bu ölkədə 2028-ci ildən qadınlar da orduya ÇAĞIRILA BİLƏR

Rafinya "Disneyland Paris"i irqçilikdə GÜNAHLANDIRDI

Rafinya "Disneyland Paris"i irqçilikdə GÜNAHLANDIRDI

Oğuzda QƏZA: Bir nəfər öldü, biri yaralandı - FOTO

Oğuzda QƏZA: Bir nəfər öldü, biri yaralandı - FOTO

Salyanda piyadanı maşın vuraraq öldürdü

Salyanda piyadanı maşın vuraraq öldürdü

Millimizin rəqibində CİDDİ İTKİ

Millimizin rəqibində CİDDİ İTKİ

Balığı heç vaxt mikrodalğada QIZDIRMAYIN

Balığı heç vaxt mikrodalğada QIZDIRMAYIN

İran parlamenti sabah Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxılmasında səsvermə KEÇİRƏCƏK

İran parlamenti sabah Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxılmasında səsvermə KEÇİRƏCƏK

Tolikdən qızı ilə PAYLAŞIM - VİDEO

Tolikdən qızı ilə PAYLAŞIM - VİDEO

Qusarın Mucuq kəndində qəzalı vəziyyətdə olan körpü yenidən QURULUR - FOTO

Qusarın Mucuq kəndində qəzalı vəziyyətdə olan körpü yenidən QURULUR - FOTO

Suaresə 6 oyunluq cəza verildi

Suaresə 6 oyunluq cəza verildi

Dağ zirvəsində itkin düşən alpinist 7 gün sonra sağ TAPILDI - FOTO

Dağ zirvəsində itkin düşən alpinist 7 gün sonra sağ TAPILDI - FOTO

İtaliyanın Rai telekanalı Qarabağdan reportaj yayımlayıb - FOTO

İtaliyanın Rai telekanalı Qarabağdan reportaj yayımlayıb - FOTO

Ceyhun Sultanov: “Santuşu göndərib, hər şeyi yenidən başlamaq lazımdır”

Ceyhun Sultanov: “Santuşu göndərib, hər şeyi yenidən başlamaq lazımdır”

Lənkəranda 33 yaşlı qadın BIÇAQLANDI

Lənkəranda 33 yaşlı qadın BIÇAQLANDI

Əfqanıstandakı zəlzələdə ölənlərin sayı 2 min nəfəri KEÇDİ

Əfqanıstandakı zəlzələdə ölənlərin sayı 2 min nəfəri KEÇDİ

Qazaxda AĞIR QƏZA: 3 nəfər xəstəxanalıq oldu

Qazaxda AĞIR QƏZA: 3 nəfər xəstəxanalıq oldu

Zülalın çoxluğu orqanizm üçün təhlükədir - ARAŞDIRMA

Zülalın çoxluğu orqanizm üçün təhlükədir - ARAŞDIRMA

"11 ayda qazandığımı 2 həftədə xərclədim" - FOTO/VİDEO

"11 ayda qazandığımı 2 həftədə xərclədim" - FOTO/VİDEO

Azərbaycan nümayəndə heyəti Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda - FOTO

Azərbaycan nümayəndə heyəti Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda - FOTO

Türkiyə millisi ¼ FİNALDA

Türkiyə millisi ¼ FİNALDA

Parisdə ETİRAZLAR: Makronun istefası tələb edilir - VİDEO

Parisdə ETİRAZLAR: Makronun istefası tələb edilir - VİDEO

End of content

No more pages to load

RADİO