Gədəbəydə dağlıq ərazidə yanğın olub.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1.5 ha sahədə quru ot və kol-kos yanıb.
Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Bizim.Media