Ceymi, Yuen və Laxlan Makleyn qardaşları 14 000 km məsafəni Peru sahillərindən Avstraliyaya qədər heç bir limana girmədən qət ediblər.
Bizim.Media xəbər verir ki, səyahət zamanı güclü fırtına ilə üzləşiblər, hətta birini dalğa qayıqdan aparsa da, möcüzə nəticəsində xilas olub. Yanlarında 500 kq quru ərzaq və “təhlükəsizlik üçün” tilov olub.
Onlar bu rekordla yanaşı xeyriyyə məqsədi ilə 870 000 funt (1 978 842 manat) toplayıblar.
Qardaşların nəticəsi 2014-cü ildə okeanı təkbaşına 162 günə keçən Fyodor Konyuxovun rekordunu üstələyib.
Bizim.Media