Rusiya prezidenti Vladimir Putin Çinin Pekin şəhərində Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri TASS agentliyi yayıb.
Putin görüş zamanı bildirib ki, Rusiya Federasiyası və Pakistan bir sıra istiqamətlərdə işi “dalandan çıxarmağı” bacarıb. Baş nazir isə öz növbəsində qeyd edib ki, Pakistan Rusiya ilə ikitərəfli əlaqələri möhkəmləndirməyə qətiyyətlə hazırdır.
O, həmçinin Rusiyaya səfər dəvəti üçün Putinə təşəkkür edib və bunu məmnuniyyətlə edəcəyini söyləyib.
Kremlin sahibi əlavə edib ki, Rusiya Federasiyası və Pakistan arasında ticarət dövriyyəsi azalıb, bu, işləmək üçün yaxşı siqnaldır.
Bizim.Media