İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhərində naməlum silahlı şəxslər polis əməkdaşlarının olduğu iki patrul avtomobilinə atəş açıblar.
Bizim.Media İran KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində 5 polis əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb.
Silahlılar hadisə yerindən qaçaraq gizləniblər, onların axtarışları davam edir. Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, regionda fəaliyyət göstərən “Ceyş ül-Ədl” qruplaşması daha əvvəl də hüquq-mühafizə orqanlarına qarşı silahlı hücumlar törədib. Lakin son insidentin məhz bu qruplaşma tərəfindən həyata keçirildiyi hələ təsdiqlənməyib.
Bizim.Media