ARB kanalında yayımlanan "Onun sirri" verilişində maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, verilişdə qonaq olan aparıcı Elgiz Əkbər uşaqlıq xatirələrindən danışıb:
"Uşaq vaxtı nənəmgilə getmişdim. Nənəm məni özü ilə bacısıgilə aparmışdı. Onların evlərinin yaxınlığındakı göldə çimmişdim. Orda yaşayan balaca uşaqlar o göldə çimirdi. Mən də dəfələrlə çimmişdim orada.
Sən demə hansısa qonşu həmin gölə kanalizasiya suyu axıdırmış. Bir neçə gün sonra isə bərk xəstələndim.
Qızdırma ilə məni xəstəxanaya yerləşdirdilər. Vəziyyətim günü-gündən daha da pisləşirdi. Həkimlər belə xəstəliyimə əlac tapa bilmirdi. Xəstəxanada artıq məni ölü bildiklərinə görə üzümü ağ örpəklə bağlayıb ailəmizə təhvil verməyə aparıblar.
Nənəm məni o vəziyyətdə görəndə ağlayaraq məni qucaqlayıb. Həmin vaxt hiss edib ki, mən tərpənirəm.
Anidən dirilmişəm. Sonra mütəxəssis dəvət olunub. Mən sağaldım, məndən sonra neçə uşaq o xəstəlikdən vəfat edib ".
Verilişdən olan həmin hissəni təqdim edirik:
Bizim.Media