Ağcabədidə 15 yaşlı qız ana oldu - TƏFƏRRÜAT - VİDEO

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub.

Bizim.Media xəbər verir ki, hamilə vəziyyətdə xəstəxanaya gətirilən 2006-cı il təvəllüdlü Səbinə Namiq qızı Hüseynovanın övladı dünyaya gəlib.

Xəstəxananın doğum şöbəsinin müdiri Nəzakət Quliyeva bildirib ki, körpənin çəkisi 2 kiloqram 800 qramdır:

“Mayın 31-də günorta saat 12:20-də doğum şöbəsinə ağrılarla, dölyanı mayenin artması ilə azyaşlı Səbinə Namiq qızı Hüseynova daxil olub. Xəstə müayinə olunub. Xəstədə dar çanaq olduğu müəyyən olunub. Xəstəyə qeysəriyyə əməliyyatı məsləhət görülüb. Xəstə əməliyyat olunub. Hal-hazırda ana və uşağın vəziyyəti normaldır”.
 

MÖVZU İLƏ BAĞLI:

15 yaşlı qız ana oldu - Ağcabədidə ŞOK HADİSƏ


Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir. Bəs o zaman 15 yaşlı qız necə ailə qurub? Məsələni araşdırmaq üçün üz tutduq Səbinə Hüseynovanın ailə üzvlərinin yanına.

Nənəsi Şərəf Hüseynovanın sözlərinə görə, Səbinə ilə onun həyat yoldaşı, 24 yaşlı Sadiq Cəfərov xalauşağıdırlar. Onlar bir-birini seviblər və ailələr arasındakı razılaşma belə olub ki, xalaoğlu ilə xalaqızını evləndirsinlər.

“Vallah, xalası oğluna hərisinİ vermişdik. Yəni 18 yaş toy etmək məqamı idi o vaxtlar. Sonra bu oğlanın anası rəhmətə getdi, 3 kişi qaldı evdə yaman günə. Çörəyini verən olmadı, çayını verən olmadı, paltarını yuyan olmadı.

Getdi uşaq da gördü xalası uşaqlarının vəziyyətini. Öz könlü ilə… Yəni burda başqa bir problem ola bilməz. Sonra da gəldi ilişdi uşağa. Mən bunu neyniyə bilərdim?”.

Şərəf Hüseynova deyir ki, Səbinə xalası oğlu və onun ailəsinə görə elə onlarda qalmalı və izdivaca girməli olub. Ailə azyaşlının hamilə olmasını hər kəsdən nə az, nə də çox - düz 9 ay gizlədib: “Evin içində qaldı düz 9 ay. Həkim onu nə vaxt bildi. Ağır vəziyyətdə gətirəndə bildi ki, bu azyaşlıdır. Vəsiqə dedi, dedim vəsiqə yoxdur”.

Nənə baş verənlərlə bağlı özünə bəraət qazandırmağa da çalışıb: “Qohum olduqlarına görə gedib gətirə də bilmədim. 15 yaşında ailə qurub. İndi də 16-ya keçib”.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə ilə bağlı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı ilkin araşdırma tədbirləri başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. (Apa) 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

Tacir musiqi məktəbi AÇIR - VİDEO

Tacir musiqi məktəbi AÇIR - VİDEO

Prezidentdən olimpiya çempionuna: “Bizdə ikinci Zema olacaq?” - VİDEO

Prezidentdən olimpiya çempionuna: “Bizdə ikinci Zema olacaq?” - VİDEO

Səhvən başqasının kartına göndərdiyimiz pulu necə ala bilərik? - Hətta faizini də...

Səhvən başqasının kartına göndərdiyimiz pulu necə ala bilərik? - Hətta faizini də...

Prezidentin idmançılarla maraqlı söhbəti - VİDEO

Prezidentin idmançılarla maraqlı söhbəti - VİDEO

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub - FOTO/YENİLƏNİB

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub - FOTO/YENİLƏNİB

Bu futbolçular “Beşiktaş”dan UZAQLAŞDIRILDI

Bu futbolçular “Beşiktaş”dan UZAQLAŞDIRILDI

Tacir Şahmalıoğlu ilə Vüqar Əbdülov arasında QALMAQAL

Tacir Şahmalıoğlu ilə Vüqar Əbdülov arasında QALMAQAL

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil etdi - FOTO

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil etdi - FOTO

İsrail bu ölkəni tanıyan ilk BMT-yə üzv dövlət oldu

İsrail bu ölkəni tanıyan ilk BMT-yə üzv dövlət oldu

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlar üçün Yeni il tədbiri keçirildi - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlar üçün Yeni il tədbiri keçirildi - FOTO

Baş məşqçi klubu tərk etməyə HAZIRLAŞIR

Baş məşqçi klubu tərk etməyə HAZIRLAŞIR

Küləkli hava ilə bağlı bölgələrdə SARI XƏBƏRDARLIQ verildi

Küləkli hava ilə bağlı bölgələrdə SARI XƏBƏRDARLIQ verildi

Dekabrın sonuna qədər gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR

Dekabrın sonuna qədər gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR

Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan TƏLƏB EDƏCƏK

Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan TƏLƏB EDƏCƏK

Pirotexniki vasitələr satan daha 11 nəfər SAXLANILDI

Pirotexniki vasitələr satan daha 11 nəfər SAXLANILDI

Azərbaycan və BƏƏ "Sülh Qalxanı-2026" birgə təliminə hazırlığı müzakirə etdi - FOTO

Azərbaycan və BƏƏ "Sülh Qalxanı-2026" birgə təliminə hazırlığı müzakirə etdi - FOTO

Bacılar tənqidlərə CAVAB VERDİLƏR: “Əcəb etmişik, bundan sonra da belə edəcəyik!” - VİDEO

Bacılar tənqidlərə CAVAB VERDİLƏR: “Əcəb etmişik, bundan sonra da belə edəcəyik!” - VİDEO

Nazir: “Azərbaycanla əməkdaşlıq həm Avropa, həm də Qafqaz və Asiya ölkələri üçün faydalıdır”

Nazir: “Azərbaycanla əməkdaşlıq həm Avropa, həm də Qafqaz və Asiya ölkələri üçün faydalıdır”

Pelleqrini sıradan çıxdı

Pelleqrini sıradan çıxdı

MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb, saxlanılanlar var - BİRGƏ MƏLUMAT

MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb, saxlanılanlar var - BİRGƏ MƏLUMAT

XİN başçısı: “Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var”

XİN başçısı: “Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var”

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Amaliya Pənahova - Əzmkar Azərbaycan qadının kübar SİMASI

Amaliya Pənahova - Əzmkar Azərbaycan qadının kübar SİMASI

End of content

No more pages to load

RADİO