Rusiyanın Novosibirsk şəhərində insident baş verib.
Bizim.Media "infoteka"ya istinadən xəbər verir ki, polislər azərbaycanlıları yol hərəkəti qaydalarını pozduqları üçün dayandırıb.
Lakin görüntülərdən də sezildiyi kimi haqsız polis müdaxiləsinə etiraz edən azərbaycanlı polisin kobud hərəkətləri ilə qarşılaşır. Bu azmış kimi, rus polis soydaşımızın baş nahiyyəsinə tapança ilə atəş açır.
Məlumata görə, 19 yaşlı azərbaycanlının adı Vəkildir.
Bizim.Media