ABŞ Hərbi Dəniz Qüvvələri Oman dənizində qanunsuz olaraq Rusiya və Çin silahlarını daşıyan gəmini ələ keçirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bayraqsız silah yüklü gəminin Yəməndəki husi qiyamçılarına silah və sursat apardığı ehtimal olunur.
Gəmidə Rusiya istehsalı olan onlarla tank əleyhinə idarəolunan raket, eləcə də Çin istehsalı olan minlərlə avtomat “Kalaşnikov” və yüzlərlə ağır pulemyot, snayper tüfəngləri aşkarlanıb.
Hadisə ilə bağlı Rusiya və Çindən heç bir rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Oman körfəzinin sahilində İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləri yerləşir.
Aliyə, Bizim.Media