Tükənməkdə olan və Qırmızı kitaba salınan Xəzər suitilərinin kütləvi tələf olmasının videosu yayılıb.
Bizim.Media xəbər verir ki, 150 ölü suiti Xəzər sahillərində tapılıb.
Rusiyanın Xəzər Təbiətinin Mühafizə Mərkəzinin əməkdaşları hadisə yerində dəhşətə gəliblər. Çünki sahilə atılmış suitilər dərisi soyulmuş halda olub.
Bu isə nadir heyvanların balıqçı torlarında tələf olmasının sübutudur.
Həmin görüntüləri təqdim edirik.
Bizim.Media