Amerikalı aktyor Ben Afflek tanışlıq saytında bir qızdan “yox” cavabı alıb.
Bizim.Media xəbər verir ki, 33 yaşlı Anna de Armasdan ayrıldıqdan sonra Ben Afflek yeni münasibətlərə açıq olduğunu sərgiləyib. Sən demə, aktyorun “Raya” tanışlıq saytında profili var.
Ben Afflekin “Nivin Cey” adlı bloger xanımdan xoşu gəlib, həmin qız isə ona “yox” deyib. Nivin səbəb kimi, onunla tanış olmağa cəhd edən adamın Ben Afflek olmadığını zənn edib.
Hər halda blogerin “TikTok”da paylaşdığı və Ben Affleklə görüntülü ünsiyyətini əks etdirən video populyarlaşıb.
Həmin görüntüləri təqdim edirik.
Bizim.Media
