Avstraliyada minlərlə tutuquşu Sidney yaxınlığındakı şəhərciyə toplaşıb.
Bizim.Media “Daily Star”a istinadən xəbər verir ki, kakadu növünə aid ağ korellalar Naura şəhərciyinin küçə və gölməçəsini, evlərin damını sanki mühasirəyə alıblar.
Qeyd edək ki, bu quşlar fermerlərin ən çox əziyyət çəkdiyi qanadlılardandır. Tutuquşuların bu cür toplaşmağının səbəbi kimi isə öz aralarında çoxalmanın olmaması ilə izah edilir.
Həmin görüntüləri təqdim edirik.
Bizim.Media