Çin kosmik stansiyanın əsas modulunu işə saldı - VİDEO

Changzheng-5B (Böyük gediş 5B) raket daşıyıcısı Tiangong (Səma sarayı) Çin orbital stansiyasının əsas modulunu orbitə çıxarıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, raket Hainan adasındakı Venchang kosmodromundan Bakı vaxtı ilə saat 07: 23-də atılıb. Yayım Çin Xalq Respublikasının Mərkəzi Televiziyası tərəfindən aparılıb.

Start uğurlu olub, raket qurğusundan ayrıldıqdan sonra modul müəyyən edilmiş orbitə adlayıb, günəş panelləri uğurla yerləşdirilib və normal rejimdə işləyib.

Tianhe adlı modul Çində inşa edilmiş ən böyük kosmik gəmidir. Uzunluğu 16,6 metr, maksimum diametri 4,2 metrdir. Orada komanda və idarəetmə mərkəzi,  heyət üçün əsas yaşayış sahəsi (təxminən 50 kubmetr) yerləşəcək. Bundan əlavə, bir sıra elmi və texnoloji təcrübələrin aparılması da planlaşdırılır.

Stansiyanın baş dizaynerinin müavini Zhu Guangchenin sözlərinə görə, əvvəlki Çin orbital laboratoriyaları Tiangong-1 və Tiangong-2-ni bir otaqlı mənzil ilə müqayisə etmək olardısa, yeni stansiya üç otaqlıya oxşayır.

Təxminən 66 ton ağırlığında olan stansiya T şəklində olacaq, əsas bölmə mərkəzdə yerləşəcək. Ventian və Mengtian eksperimental modullarının hər birinin çəkisi 20 tondan çoxdur. Üç taykunavt (Çində kosmonavtların adı) stansiyada eyni vaxtda qala biləcək.

Stansiyanın tikintisinin rəsmi açılışı 2023-cü ilə planlaşdırılıb. "Tiangong" 15 illik istismar üçün nəzərdə tutulub.

Xatırladaq ki, Tiangong-1 stansiyası 29 sentyabr 2011-ci ildə orbitə çıxarılıb. Beləliklə, Çin SSRİ və ABŞ-dan sonra öz orbital stansiyasını yaradan üçüncü ölkə olub. Funksiyaları baxımından Tiangong-1 Sovet İttifaqının “Almaz” və “Salyut” seriyalarına bənzəyir.

Tiangong-2 laboratoriyası 2016-cı ilin sentyabrından bəri orbitdədir. 

Əsas vəzifələri pilotlu və yük gəmilərini qəbul etmək, kosmonavtların orbitdə yerləşməsini təmin etmək, yanacaq doldurmaq, habelə elmi və tətbiqi təcrübələr aparmaqdır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTO

HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTO

Məktəbdə qayçı ilə xəsarət alan şagirdin SON VƏZİYYƏTİ

Məktəbdə qayçı ilə xəsarət alan şagirdin SON VƏZİYYƏTİ

Məşhur çəkmədən bu dəfə Sevda geyindi - FOTO

Məşhur çəkmədən bu dəfə Sevda geyindi - FOTO

Gənc futbolçu VƏFAT ETDİ

Gənc futbolçu VƏFAT ETDİ

Gəncədə 4-cü sinif şagirdinin xəsarət aldığı məktəbdən AÇIQLAMA

Gəncədə 4-cü sinif şagirdinin xəsarət aldığı məktəbdən AÇIQLAMA

Gürcüstanda seçkilərdə iştirak qaydaları DƏYİŞDİRİLDİ

Gürcüstanda seçkilərdə iştirak qaydaları DƏYİŞDİRİLDİ

İranın cənub sahilləri qan rənginə BOYANDI - VİDEO

İranın cənub sahilləri qan rənginə BOYANDI - VİDEO

Azər Qasımlı Qurbanəli Yusifovu övladları ilə hədələyib? - Məhkəmə istintaqı YEKUNLAŞIR

Azər Qasımlı Qurbanəli Yusifovu övladları ilə hədələyib? - Məhkəmə istintaqı YEKUNLAŞIR

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Naxçıvanda bir sıra qurumlar BİRLƏŞİB

Naxçıvanda bir sıra qurumlar BİRLƏŞİB

Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO

Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO

Gümrü şəhərinin sabiq merinin həbs müddəti UZADILDI

Gümrü şəhərinin sabiq merinin həbs müddəti UZADILDI

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı QƏRAR VERDİ

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı QƏRAR VERDİ

Biləsuvarda avtomobil qaçıran şəxslər SAXLANILDI

Biləsuvarda avtomobil qaçıran şəxslər SAXLANILDI

Əsl sevgi üçün şans əldə edəcək BÜRCLƏR: Vacib addımı kim atacaq?

Əsl sevgi üçün şans əldə edəcək BÜRCLƏR: Vacib addımı kim atacaq?

Aİ-nin anti-Azərbaycan isterikası: ikili standartlar bölgədə sülhə qarşı - ŞƏRH

Aİ-nin anti-Azərbaycan isterikası: ikili standartlar bölgədə sülhə qarşı - ŞƏRH

Bakının bəzi yollarında TIXAC VAR

Bakının bəzi yollarında TIXAC VAR

Azərbaycan XİN Butan Krallığını təbrik etdi - FOTO

Azərbaycan XİN Butan Krallığını təbrik etdi - FOTO

“İmişli”də maliyyə problemi yaranıb? - Klubdan AÇIQLAMA

“İmişli”də maliyyə problemi yaranıb? - Klubdan AÇIQLAMA

Yapon qadın nişanlısından imtina etdi, ChatGPT-nin yaratdığı “kişi” ilə evləndi – VİDEO

Yapon qadın nişanlısından imtina etdi, ChatGPT-nin yaratdığı “kişi” ilə evləndi – VİDEO

Finlandiya baş naziri deputatların “irqçi” jestlərinə görə Şərqi Asiyadan ÜZR İSTƏDİ

Finlandiya baş naziri deputatların “irqçi” jestlərinə görə Şərqi Asiyadan ÜZR İSTƏDİ

Ukrayna müharibəsi: ABŞ Rusiyaya yeni sanksiyalar hazırlayır

Ukrayna müharibəsi: ABŞ Rusiyaya yeni sanksiyalar hazırlayır

Yaponiyada qadın ərinin 520 xəyanətini komiksə çevirdi – Hekayə viral oldu– FOTO

Yaponiyada qadın ərinin 520 xəyanətini komiksə çevirdi – Hekayə viral oldu– FOTO

End of content

No more pages to load

RADİO