Çikaqo aeroportunda sərnişinlər arasında narazıçılıq davaya çevriib.
Bizim.Media “CBS Chicago”ya istinadən xəbər verir ki, Nyu-Yorka bilet alan 4 sərnişin problemlə üzləşib.
Belə ki, hava limanın əməkdaşı təyyarədə cəmi 3 boş yerin olduğunu deyib və onlara növbəti reysi gözləməyi təklif edib.
Sərnişinlərin ikinci seçimi isə öz aralarında razılışıb 3 sərnişinin Nyu-Yorka uçmasına şərait yaratmaq olub. Digər bir nəfər isə növbəti reysi gözləməli idi. Bilet sahiblərinin əlbəyaxa olmaq səbəbi açıqlanmasa da, görünür, dava yer davası imiş.
Sərnişinlər arasında az qala qaydasız döyüşləri xatırladan davanın görüntülərini təqdim ediik.
Bizim.Media