Moskvada əslən azərbaycanlı “qanuni oğru” Əli Heydərov qətlə yetirilib.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, "Albert Rıjıy” kimi tanınan bir fitness mərkəzində hücuma məruz qalıb. Məlumata görə, o, başının arxasından bir neçə dəfər vurulub.
Qatillər hadisə yerindən qaçıb.
Hazırda cinayət yerində hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd edək ki, Albert “Ded Xasan” cinayətkar klanının üzvü olub.
Bizim.Media