Gürcüstanda komendant saatının ləğv olunmasını tələb edən etirazçılar Səhiyyə Nazirliyinin önündə aksiya keçiriblər.
Bizim.Media xəbər verir ki, “Cəmiyyət X” hərəkatının üzvləri Səhiyyə Nazirliyinin binasının yaxınlığında nazir Yekaterina Tikaradzenin şəkli olan tortu partladıblar.
Bununla aksiya iştirakçıları pandemiya səbəbindən tətbiq olunan qadağalara etirazlarını bildiriblər.
“Xanım Yekaterina, xahiş edirəm təklifimizi qəbul edin və komendant saatının ləğvi məsələsini qaldırın! Əks təqdirdə yenidən qayıdacağıq ”,- deyə onlar qeyd ediblər.
Sonda işə polis qarışıb, kütlə oradan uzaqlaşdırılıb.
Bizim.Media