Qərbi Azərbaycan Xronikası: Ərtikdə türk izlərinin itirilməsi planı - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə fitnəkar erməni siyasətinin düşünülmüş qurbanı olan rayonlardan biri - Ərtik rayonu haqqında süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, “V əsrə aid türk-xristian məbədinin mövcud olduğu məkan” adlı süjetdə XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ərazilərinə ermənilərin süni şəkildə yerləşdirilməsindən sonra xalqımıza məxsus şəhər və kəndlərin izinin itirilməsi prosesinə başlanıldığı, bunun nəticəsində yüzlərlə mədəniyyət, dini abidələrin dağıdıldığı, mənimsənildiyi və vandalizmə məruz qaldığı vurğulanır.

Bildirilir ki, Ərtik rayonu Qərbi Azərbaycanın, indiki Ermənistanın Şörəyel mahalı ərazisində Alagöz dağının şimal-qərb ətəyində yerləşir.

Ərtik yaxınlığında eramızdan əvvəl XIV-XI əsrlərə aid katakombaların aşkar edilməsi bu məkanın qədimliyini göstərir.

Ərtik İrəvan quberniyasının Gümrü-Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd adı kimi də tanınıb. Həmin qəzada XIX əsrin axırlarında Ərtik adlı kənd xarabalığı da mövcud olub. 1728-ci il Osmanlı icmal dəftərində adı qeyd edilən Ərtik Şörəyel mahalının mərkəzi sayılıb və əhalisi Azərbaycan türklərindən ibarət olub.

1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlayıb. 1878-ci ildə Azərbaycan türkləri bu ərazidən tam qovulub və ermənilər yerləşdirilib. Şörəyel mahalının Rusiya tərəfindən işğal olunmuş hissəsi 1920-1930-cu illərdə Ermənistan SSR rayonlaşdırılarkən 3 inzibati rayona – Düzkənd, Agin və Ərtik rayonlarına bölünüb.

Rayon ərazisində Şirvancıq kəndində V əsrə aid Şirvancıq türk-xristian məbədi, Qıpçaq kəndində 1201-ci ildə tikilən qədim Qıpçaq türk qalası və Qıpçaq məbədi də mövcuddur.

Diqqətə çatdırılır ki, 1946-cı il mayın 31-də kəndin türkcə Qıpçaq adı dəyişdirilərək Ariç, məbədin adı isə Ariçavəng qoyulub:

“Məbədin yerləşdiyi Qıpçaq kəndi qədimdən türk-oğuz boylarının ana yurdu olub. Bu yerlərə ermənilərin ilk kütləvi axını XIX əsrin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlayıb. Haylar bura İrandan və Türkiyədən köçürülüblər. 1930-cu il sentyabrın 9-da yaradılan Ərtik rayonu 1995-ci ilədək indiki Ermənistanın tərkibində inzibati-ərazi vahidi olub.

Ermənilər ərazisi 632 kvadrat kilometr olan bu rayonu Artik adlandırıblar. Ərtik 1945-i ildən respublika tabeli şəhər olub. Rayon 1962-ci ildə ləğv olunub, lakin 1964-cü ildə yenidən bərpa edilib. 1995-ci ildə Ermənistanın yeni inzibati-ərazi bölgüsünə keçidi zamanı rayon ləğv olunaraq Şirak mərzliyinin tərkibinə daxil edilib. Ümumilikdə, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə rayon üzrə 31 tarixi yer adı dəyişdirilib”.
Sonda vurğulanır ki, qədim türk torpağı olan Ərtik rayonunun çox zəngin tarixi, burada yaşamış azərbaycanlı əhalinin dərin kökü və irsi var:

“Məhz bu irsi qoruyub saxlamaq, yaşatmaq üçün mənfur ermənilərin özlərinə məkan saydıqları tarixi oğuz yurdlarına qayıtmaq vacib şərtdir və hər bir Qərbi azərbaycanlının mənəvi borcudur”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

End of content

No more pages to load

RADİO