Qərbi Azərbaycan Xronikası: Türkiyədən gələn ermənilərin “özəlləşdirdiyi” rayon - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə sakinləri zaman-zaman tarixi etnik vətənlərindən deportasiyaya məruz qalan, coğrafi məkanlarımızın izinin itirilməsinə çalışılan Düzkənd rayonu haqqında süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Düzkənd niyə Axuryan rayonu adlandırılıb?” adlı süjetdə indiki Ermənistanda tarixi gerçəkliyi özündə əks etdirən qədim oğuz yurdlarının adının dəyişdirilməsi daim əsas hədəf və siyasi xətt olduğu vurğulanır.

Bildirilir ki, Düzkənd Qərbi Azərbaycanın, indiki Ermənistanın Şörəyel mahalı ərazisində yerləşir.

Rayon ərazisinin böyük bir hissəsini qədim türk tayfası olan Şirakların adını daşıyan Şirək düzənliyi təşkil edir:

“İrəvan quberniyasının Aleksandropol qəzasında mövcud olan, sonradan Düzkənd rayonuna aid olan Bacoğlu, Türk Qarakilsəsi, Təpədölək, Kiçik Keyti, Qonaqqıran və digər kəndlərdə daim azərbaycan türkləri yaşayıb. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq yurdlarından didərgin salınıblar. Bu deportasiyadan sonra Türkiyədən ermənilər köçürülərək bu ərazidə yerləşdirilib. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlıların bir hissəsi öz evlərinə qayıdıblar. Lakin 1928-1929-cu illərdə azərbaycanlılar tamamilə başqa kəndə köçürülüb və oğuz-türk izləri silinməyə başlayıb”.

Diqqətə çatdırılır ki, Düzkənd rayonu 1937-ci il dekabrın 31-də yaradılıb, 1945-ci il dekabrın 7-dən etibarən isə Axuryan rayonu adlandırılıb. 1988-ci ilə qədər Düzkən rayonunun tərkibinə daxil olan kənd və digər yaşayış məntəqələrindən azərbaycanlı əhali sıxışdırılaraq deportasiaya məruz qalıb.

Bununla da məkrli ermənilərin izitirmə siyasəti yeni vüsət alıb. 1995-ci ildə Ermənistanın yeni inzibati-ərazi bölgüsünə keçidi zamanı Düzkənd, yəni Axuryan rayonu ləğv edilib və Şirak mərzliyinin tərkibinə daxil edilib. Ermənistan rəhbərliyinin müxtəlif fərmanları ilə rayon üzrə, təqribən, 44 tarixi yer adları dəyişdirilib.
Sonda vurğulanır ki, Azərbaycan türklərinin dədə-baba yurdlarından olan Düzkənd rayonu da erməni saxtakarlığının qurbanı olub:

“Tarixi reallığın unudulmaması naminə bu ərazidə qədimdən yaşayıb məskən salan insanların doğma yurda qayıtması isə zamandan doğan zərurətdir. Əminik ki, bu məqsədlə aparılan haqlı mübarizə uğurlu olacaq, o yerlərin əsl sahibləri isti ocaqlarına yenidən qovuşacaqlar”. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

End of content

No more pages to load

RADİO