Qərbi Azərbaycan Xronikası: “İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” adlı süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, verilişdə ermənilərin türklərə məxsus İrəvan şəhərinin istehkamı sayılan İrəvan qalasının yer üzündən silməsindən bəhs olunur.

Bildirilib ki, 27 il rus ordusuna və generallarına müqavimət göstərən İrəvan qalası həm də qəhrəmanlıq rəmzi idi:

“İrəvan qalasının işğal edilməsi şərəfinə 1827-ci il noyabrın səkkizində Sankt-Peterburqdakı Qış sarayının kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi keçirilib. İrəvan xanının qardaşı Həsən xanın hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılan qılıncı çara təqdim edilir. İrəvan qalasının açarları və qənimət götürülmüş dörd bayraq təntənəli surətdə paytaxt küçələrində gəzdirilir.

İrəvan qalasını zəbt edən general İ.Paskeviçin titullarına isə “İrəvan qrafı” titulu əlavə edilir. Nəhayət, Rusiya çarı I Nikolay Şimali Azərbaycan xanlıqlarının sonuncu istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu ilə 1837-ci ildə İrəvana gəlir. Xan sarayında qalan Rusiya çarı şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini qəbul edir. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilir”.

Diqqətə çatdırılıb ki, müxtəlif dövrlərdə erməni tarixçiləri T.X.Hakopyan “İrəvan tarixinin oçerkləri” kitabında, eləcə də tarixçi Tovma Metsopetçi öz əsərlərində İrəvanın türk şəhəri və gözəl olmasını qeyd ediblər:

“Elə buna görə də sığındıqları bu gözəl şəhərə yiyələnmək, onu erməniləşdirmək niyyəti ilə xəyanətə, vandalizmə əl atıblar. Təbii ki, heç də həmişə bütün izlər silinmir”.

İrəvan şəhəri tarix muzeyinin baş elmi işçisi Susanna Harutyunyan, professor Haykaz Hovhannisyan və bir neçə erməni tarixçilərin İrəvan qalasının izləri ilə bağlı fikirlərinə yer verilən süjetdə vurğulanıb ki, imkanlı ermənilər İrəvana türk şəhəri olduğu üçün bura sərmayə qoymurdular:

“İrəvan türk şəhəri idi və ermənilərin bura ilə bağlı heç arzuları yox idi. Özlərinə çarəsizlikdən paytaxt seçən ermənilər qısa müddətdə türk şəhərini erməni şəhərinə çevirdilər”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

End of content

No more pages to load

RADİO