Qırğızıstan səmasında yanan obyekt müşahidə olunub.
Bizim.Media qırğız mətbuatına istinadən xəbər verir ki, göy üzündə görünən naməlum yanan obyekt heç bir dağıntıya səbəb olmayıb.
Meteoritə bənzəyən cisim bir anlıq səmanı işıqlandırıb.
Əlavə səs-küy eşidilməyib. Hazırda həmin obyektin meteorit, kometa, yaxud yerə düşən hansısa peykə aid element olduğu məlum deyil.
Mənşəyi araşdırılan göy cisminin görüntülərini təqdim edirik.
Bizim.Media