Qərbi Azərbaycan Xronikası: Cəlaloğluya niyə erməni bolşevikin adı qoyulub? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin izitirmə siyasətinin hədəfinə çevrilən və tarixi danılması mümkün olmayan məkanlardan biri Cəlaloğlu rayonu haqqında süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Qızılbaşlar tayfasının mənsub olduğu rayon” adlı süjetdə ermənilərin Qafqaza ayaq basmasından sonra region xalqlarına aid tarixi gerçəklikləri daim total şəkildə təhrif etməsindən, bu çirkin əməlin indiki Ermənistan adlandırılan dövlətdə ənənəyə çevrilməsindən bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşən Cəlaloğlu rayonu indiki Ermənistanda inzibati rayon, rayon mərkəzi və şəhər tipli qəsəbə olub.
1801-cı ildə Gürcüstanın Rusiyanın tərkibinə daxil olması ilə əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın tabeliyinə keçib. Toponim qızılbaşların “çəpni” türk tayfasından olan Əmir Məhəmməd bəy Cəlaloğlunun adı əsasında yaranıb.

Qeyd olunur ki, Rusiyanın İrəvan xanlığını 1828-ci ildə işğal etməsindən sonra ermənilər kütləvi şəkildə buraya köçürülüb və əhalinin tərkibi dəyişdirilməyə başlayıb:

“Cəlaloğlu rayonu indiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının tərkibində Ermənistanın tabeçiliyinə keçib. Bu ərazidə sovet dövründən başlayaraq oğuz türklərinə aid olan bütün toponim və hidronimlərin erməniləşdirilməsi əməliyyatına başlanılıb. Cəlaloğlu adı da dəyişdirilərək erməni bolşevik Stepan Şaumyanın şərəfinə Stepanavan adlandırılıb.

Diqqətə çatdırılır ki, rayonda mövcud olan 60 yaşayış məntəqəsinin əksəriyyətində azərbaycanlılar məskunlaşıblar və 1988-ci ildə Gərgər, Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və digər yaşayış məntəqələrini məcbur tərk ediblər. 1995-ci ildə ləğv edilən Stepanavan rayonunun ərazisi yeni təşkil edilən Loru mərzinə qatılıb və rayon üzrə 12-dən çox yer adları dəyişdirilib.

Sonda vurğulanır ki, oğuz-türk məkanlarının ermənilərin izitirmə siyasətinin hədəfinə çevrilməsi heç kim üçün sirr deyil:

“Təbii ki, qədim türk yurdlarını dünyaya öz ərazisi kimi sırıyan ermənilərin toponimlərimizi terror hədəfi seçməsinin qarşısını almağın vaxtı çoxdan çatıb. Əminik ki, Qərbi azərbaycanlılar doğulub yaşadıqları məkana yenidən qayıtmaqla tarixi torpaqlarımızı erməni əsarətindən xilas edəcəklər”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

End of content

No more pages to load

RADİO