"Kosmosda İnsan" beynəlxalq simpoziumu zamanı Beybəlxalq Kosmik Stansiyasının Rusiya seqmentinin uçuş direktoru Vladimir Solovyov Rusiya Federasiyasında 200 tona qədər çəkisi olan super ağır raket daşıyıcılarının layihəsini elan edib.
Bizim Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Solovyov qeyd edib ki, hazırda “Anqara” adlı raket daşıyıcıları aktiv inkişaf mərhələsindədir:
“Texniki təkliflər mərhələsində100 tondan çox və hətta 200 tonadək super-ağır raket daşıyıcıları üçün ilkin qaralama dizaynları hazırlanır. Onlar Ay və Marsa iddialı uçuşları həyata keçirmək üçün nəzərdə tutulub”.
Solovyov belə raketlərin yaradılmasının yüksək xərclər tələb edəcəyini, bununla əlaqədar “Roskosmos”un beynəlxalq əməkdaşlıq variantlarını nəzərdən keçirdiyini vurğulayıb.
Xəyalə Həsənova, Bizim.Media