“Eemslift Hendrika” gəmisi batmaq təhlükəsi ilə üz-üzə qalıb.
Bizim.Media “gCaptain” nəşrinə istinadən xəbər verir ki, gəminin göyərtəsində 350 ton neft, 50 ton dizel var.
Niderlanda məxsus gəminin Norveç sahillərinə yaxın ərazidə 30 dərəcə sağ istiqamətdə əyildiyi deyilir.
12 nəfər ekipaj üzvü helikopter vasitəsilə xilas edilib. Onlardan biri aldığı xəsarətlərə görə klinikaya yerləşdirilib.
Hazırda əlavə 3 vertolyot və 2 gəmi yardım üçün hadisə yerinə istiqamətlənib. Gəminin batmaq riski ilə əlaqədar son görüntüləri təqdim edirik.
Bizim.Media