Qərbi Azərbaycan Xronikası: Çar Rusiyasının çirkin Böyük Qarakilsə planı - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə hayların mənəvi terrorunun, addəyişmə siyasətinin və tarixi saxtalaşdırma əməliyyatının tərkib hissəsinə çevrilən Böyük Qarakilsə rayonu haqqında süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Ermənilərin coğrafi terroru - itirilən izlər” adlı süjetdə Çar Rusiyasının Qafqazı zəbt etmək siyasəti nəticəsində erməni-hay adlı etnik toplumun regiona ayaq açması ilə bu bölgədə təkcə fiziki-mənəvi yox, həm də coğrafi terrorun gücləndiyi, bu çirkin planın Qərbi Azərbaycanın başqa məkanları kimi, Böyük Qarakilsə rayonunun timsalında özünü daha aydın göstərdiyi vurğulanır.

Bildirilir ki, İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində yerləşən Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub.
Qərbi Azərbaycanın Loru və Pəmbək mahalının bir hissəsi məhz Böyük Qarakilsə rayonunun ərazisinə düşür.

Bu toponim alban məbədinin adı əsasında yaranıb. Tarixi mənbələrdə göstərildiyi kimi, 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən iki min erməni havadarlarının himayəsinə keçdikdən sonra Loru-Pəmbək bölgəsində məskunlaşmağa başlayıb. Pəmbək çayının sağ sahilində yerləşən Qarakilsə kəndinin əsası 1828-ci ildə qoyulub.

Qeyd olunur ki, Ermənistan SSR-in rayonlaşdırılması zamanı Pəmbək mahalının ərazisi əsasən Böyük Qarakilsə - sonralar Kirovakan və Quqark rayonu, Hamamlı - sonralar Spitak rayonu arasında bölünüb:

“Təxminən, 26 kəndi olan Böyük Qarakilsə rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb və 1935-ci il yanvarın 3-dək Böyük Qarakilsə (1930–1935) adlanıb. Sonra Kirovakan, Vanadzor və Quqark adlandırılıb. Nəhayət 1995-ci il noyabrın 7-də Ermənistan parlamentinin qərarı ilə Böyük Qarakilsə (Quqark), Kalinino - yəni Taşir, Hamamlı (Spitak), Calaloğlu (Stepanavan), Allahverdi (Tumanyan) rayonları ləğv edilərək onların hesabına Loru mərzi təşkil edilib və inzibati mərkəzi Böyük Qarakilsə şəhəri hesab edilir”.

Diqqətə çatdırılır ki, 1980-ci ildə Böyük Qarakilsədə yaşayan əhalinin sayı 149 min olub və əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. 1988-ci ilə qədər azərbaycanlılar bu ərazidə yaşasa da, həmin ilin payızından yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bundan sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Böyük Qarakilsə rayonu üzrə 28 tarixi yer adları dəyişdirilib.
Sonda vurğulanır ki, tarixin saxtalıq sevmədiyi hamıya gün kimi aydındır:

“Hansı etnos saxtakarlığa əl atırsa, bu, onun keçmişinin yoxluğu deməkdir. Keçmişi olmayanın isə gələcəyi heç vaxt olmur. Ona görə də əminik ki, qədim yaşayış məskənlərimizin sahibləri tarixi torpaqlarımızın saxtalaşdırılmasına heç vaxt göz yummayacaq, doğma yurda qayıdıb yaşamaq hüququnu yenidən bərpa edəcəklər”.
Daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

End of content

No more pages to load

RADİO