Kipr sakini olan xanım dünyada ən uzun fatanı tikib.
Bizim.Media “Ginnes”in rekordlar kitabının “Instagram” səhifəsinə istinadən xəbər verir ki, Mariya Paraskevanın toxuduğu gəlinlik fatası 6962 metrdir.
Təsəvvür edin ki, toyu olan bir qızın fatası “20 Yanvar” metrostansiyasından Xırdalana kimi uzanır.
Bölüşülən videoda qızın bəylə çöllüyün ortasında dayandığı nümayiş olunub. 7 kilometrə yaxın uzunluğu olan duvağı məcburən elə büküblər ki, həmin meydana yerləşsin.
Mariya müsahibəsində rekordlar kitabına düşmək istədiyini etiraf edib və bu məqsəd onların cəmi 6 saat vaxtını alıb:
“Fatanı uzatmaq üçün 30 könüllünün yardımından istifadə etmişəm”.
Bizim.Media