Braziliyanın San Paulo şəhərində qəbiristanlıqlarda yer azlığı səbəbindən koronavirusdan ölənləri dəfn etmək üçün köhnə məzarları boşaltmağa başladılar.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, eksqumasiya şəhərin ən böyük qəbiristanlıqlarından birində - "Vila Nova Cashueirinha"da aparılır.
Qeyd edək ki, bir gün əvvəl ölkədə koronavirusdan ölüm sayı rekor həddə — 3869-a çatıb. Yoluxma sayı isə 90 638 olub.
Con Hopkins Universitetinin məlumatına görə, Braziliyada indiyədək 321,5 mindən çox insan COVİD-19-dan dünyasını dəyişib.
Bizim.Media