Böyük Britaniyanın Batli şəhərində islam dininin banisinə görə etiraz aksiyası baş tutub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, etirazlara səbəb pedaqoqun uşaqlara Məhəmməd peyğəməbərin dini karikaturalarını göstərməsi olub.
“Charlie Hebdo” nəşrinə məxsus karikaturaları müəllim ilahiyyat dərsində nümayiş edib.
Britaniyalı pedaqoqun bu addımından sonra müsəlman icması etirazlara start verib.
Xatırladaq ki, Belçikada oxşar hadisəyə görə müəllimlərdən biri işdən azad olunub. 2020-ci ildə isə Fransada Məhəmməd peyğəmbərin karikaturalarını göstərən pedaqoq qətlə yetirilib.
Məktəbin yanında müəllimin başını kəsən qatil polis tərəfindən güllələnərək öldürülüb.
Britaniyadakı etirazların videosunu təqdim edirik.
Bizim.Media