Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Vasif Cənnətov son təyinatadək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.
Mədəniyyət nazirinin digər əmrinə əsasən Elbəy Akif oğlu Əli Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Nazir Anar Kərimovun digər əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Faiq Elman oğlu Xudanlıya həvalə edilib.
Bizim.Media