Opera və Balet Teatrı təmir ediləcəkmi? – “Gözlər Anar Kərimova dikilib...” – ÖZƏL ARAŞDIRMA

Tarixi qədimliyi 1910-cu illərə söykənən Opera Teatrı xalqımızın mədəni-maarif səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb. Teatr indi də tarixi ənənələrini uğurla davam etdirir.

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilmiş muğam müsabiqəsinin qalibləri və diplomantlarından bir qrupunun teatra cəlb olunması milli muğam operalarımızın yeni inkişaf dövrünə əsas qoyub. 

Lakin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının illərdir yararlılıq dövründə müəyyən itkilərə səbəb olması binanın əsaslı təmirinə ehtiyac yaradıb.

Məsələ Prezident İlham Əliyevin, yeni mədəniyyət naziri Anar Kərimov qarşısında qoyduğu mədəni irsin və tarixi abidələrin qorunması ilə bağlı tapşırıqları çərçivəsində gündəmə gəlib.

Prezident İlham Əliyev 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nı təsdiq edib.

Həmin proqrama görə bərpa, yenidənqurma və ya restavrasiyaya ehtiyacı olan mədəniyyət qoruqlarının tədbirlər planına salınması və müəyyən layihələrlə həyata keçirilməsi nəzərdə tutulub.

Onlardan biri də Opera və Balet Teatrının əsaslı təmir olunması idi. Təəsüflər olsun ki, 12 il Mədəniyyət və Turizm naziri, daha 2 il isə Mədəniyyət naziri kimi çalışan Əbülfəz Qarayevin dövründə dəfələlərlə teatrın restavrasiya məsələsi gündəmə gətirilsə də, bu sahədə ciddi iş görülməyib. 

Nəzərdə tutulan plana görə Opera və Balet Teatrında təkcə restavrasiya deyil, binada administrativ hissə dəyişməli, 28 May küçəsi tərəfə çıxan tarixi bina təzədən tikilməlidir.

Həmçinin teatrın səhnəsi, tamaşa zalı əsaslı şəkildə yenidən qurulmalı, əlavə yeni inzibati korpus inşa olunmalıdır. 

Bir neçə il öncə  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov yuxarıda sadalanan işlərə  yüksək səviyyəli əcnəbi memarların cəlb olunması və reallaşması üçün böyük xərc tələb etdiyini bildirsə də, problem indiyədək həllini tapmayıb. 

Mədəniyyət Nazirliyinin İncəsənət Şöbəsinin müdiri Fərəh Acalova Bizim.Media-ya açıqlamasında dövlətin Opera və Balet Teatrının restavrasiya məsələsi ilə bağlı qərarının olmadığını deyib:

“Teatrın əsaslı təmirə bağlanması məsələsi hazırda gündəmdə yoxdur. Ona görə bununla bağlı dəqiq məlumat verə bilmərəm. Teatrın restavrasiyası, o cümlədən fasadının, zalın, foyenin, interyerin bərpası nəzərdə tutulub. Amma dəqiq vaxtı ilə bağlı məlumat verə bilmərəm, çünki qərar yoxdur”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva teatr daxilində cari təmir işlərinin getdiyini bildirib:

“Teatr daxilində cari təmir işləri gedir. Bunu öz qüvvəmizlə edirik. Teatr sırf təmirə bağlanmayıb. Orada restavrasiya və rekonstruksiya işləri getmir. Əsaslı təmirin olunması və teatrın inzibati korpusunun açılması dövlət səviyyəsində həll olunmalıdır. Teatr o məsələni həll edə bilməz. Biz sadəcə teatrın içərisində cari təmir və təmizlənmə işləri aparırıq”.

Müstəqil Memarlar Assosiasiyasının (MMA) prezidenti, tanınmış memar Zenfira Budaqovanın sözlərinə görə, qədimliyini saxlamaqdan ötrü Opera və Balet Teatrına toxunmaq olmaz:

“Orada yüngül restavrasiya işləri aparıla bilər və teatrın üzərində olan qara rəngi xüsusi dərmanla götürmək olar. Adam da gül kimi daşların üstünə qara rəng çəkər? Tamaşaçı zalını, səhnəni  və foyeni  böyütmək üçün binanın özünü də genişləndirmək lazım olacaq. Bu zaman binanın quruluşu itəcək. Buna isə ehtiyac yoxdur. Opera və Balet Teatrı kiçik teatr olaraq qalsa, daha yaxşıdır. Böyük teatr istəyiriksə, o zaman başqa yerdə daha böyük və müasir bina tikmək olar. Bütün mədəniyyət qoruqları qədimliyinə görə dəyərlidir. Hər bir daş öz həyatını və tarixini danışır. Düzdür, o vaxt beton olmadığından binanın inşasında nazik taxtadan istifadə olunub. Divarların çoxu drankadır. Onları plastiklə dəyişdirmək mümkündür”.

Memar Opera və Balet Teatrının restavrasiyası üçün böyük maliyyəyə ehtiyac olmadığını vurğulayıb:

“Ora böyük məbləğ lazım deyil. Milyonlardan söhbət getmir. Mənə müraciət etsinlər, öz briqadamla teatrı çox münasib üsul və maliyyə ilə restavrasiya edim. Bizim kifayət qədər mütəxəssislərimiz və memarlarımız var ki, bu işə cəlb oluna bilərlər. Bəhanə edirlər ki, teatrın bərpasına milyonlar lazımdır. Şəxsən sizin saytınız vasitəsilə Mədəniyyət nazirinə müraciət edirəm. Azərbaycanın qədim binalarını korlamasınlar. Binanın üslubunu və quruluşunu dəyişməsinlər. Müstəqil Memarlar Assosiasiyasının rəhbəri kimi həm xahiş, həm də tələb edirəm. Teatrın daxilində bəzi köhnəlmiş avadanlıqları dəyişdirmək şərti ilə görünüşünü və quruluşunu olduğu kimi saxlasınlar. Öz briqadamla bu işdə kömək etməyə hazıram”.

Xatırladaq ki, Opera və Balet Teatrının layihəsi italyan memarları tərəfindən hazırlanıb və ölkə başçısının iştirakı ilə layihənin təqdimatı olub. Amma maliyyə sıxıntısına görə bu işlər saxlanılıb. 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı binanın fasad hissəsinin təmiri və bərpası işlərinin satın alınması məqsədilə bir neçə dəfə açıq tender elan edib.

Təkrar tender isə 2020-ci ildə olub. 

İndi bu məsələdə gözlər yanvar ayının əvvəlindən Mədəniyyət naziri postuna təyin edilən Anar Kərimova dikilib...

Alçina Amilqızı, Bizim.Media  


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə bayram konserti keçirildi - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO