“Keşikçidağ” qoruğunda tarixi abidələr aşkarlandı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı, təbliği, tədqiqi və ərazisində müvafiq infrastrukturun yaradılması məqsədilə görülən tədbirlər çərçivəsində ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilməsinə başlanılıb.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yolun inşası zamanı arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb.

Arxeoloji tədqiqat və xilasetmə işləri zamanı inşa edilən yolun üzərində və ona bitişik ərazidə 5 daş örtüklü kurqan aşkarlanıb.

Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparılıb.

“Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkar olunub.

İkinci kurqanda daş örtüyü altında, təqribən 1,2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və “o dünyaya yolda azuqəlik” kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınıb.

“Karvandərəsi” adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş üç kurqan tipli abidələrdə xilasetmə işləri aparılıb.

Kurqanların birinin dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinib.

Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub.

Ərazidən toplanmış keramik materialın fraqmentləri, həmçinin sitayiş daşının analogiyası qeyd olunan tarixi obyektlərin son tunc-erkən dəmir dövrünə (e.ə II minilliyin sonu - I minilliyin əvvəlinə), Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.

Tapıntılardan radiokarbon və izotop analizlər üçün nümunələr seçilib.

Əldə olunan nəticələr göstərir ki, “Keşikçidağ kurqanlar vadisi” qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

End of content

No more pages to load

RADİO