Azərbaycanlı yazıçının kitabı Türkiyədə çap olundu - FOTO

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Əlabbas Bağırovun “Köhnə kişi və digər hekayələr” (“Eski adam və digər öykülər”) kitabı Ankarada “Bengü” Nəşriyyatı tərəfindən çap olunub.

Bizim.Media xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən nəşrə hazırlanan kitabda müəllifin “Köhnə kişi” povesti, eləcə də “Gözəl”, “Əclaf”, “Yolçu”, “Küçə”, “Tapdıq”, “Şəhər”, “Arvanada dəfn” hekayələri yer alıb.

Nəşrin baş redaktoru AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğludur.

Yazıçının geniş ədəbi fəaliyyətini əks etdirən tərcümeyi-halının da yer aldığı toplunu Anadolu türkcəsinə gənc yazıçı-tərcüməçi Əbdülqadir Özkan çevirib.

Qeyd edək ki, bu kitab Əlabbas Bağırovun türk oxucuları ilə ilk görüşü deyil. Əvvəlki illərdə onun ədəbi ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanan hekayələri Almaniya, Türkiyə və Şimali Kiprin müxtəlif dərgi, qəzet və saytları vasitəsilə oxuculara çatdırıb.

Türkiyə universitetlərində onun hekayə və povestləri tədris və tədqiqata cəlb olunub, yaradıcılığını geniş şəkildə əks etdirən dissertasiya işi yazılıb.

Bundan başqa, İstanbulda nəşr olunan “Dörd dördlük” almanaxı Əlabbas Bağırovun “Mərənd ölüsü”, “Gözəl”, “Şəhər”, “Gəlin” hekayələrini türkdilli oxuculara təqdim edib, “Təmrin” ədəbiyyat dərgisi isə yazıçının həyat və yaradıcılığına həsr olunan xüsusi buraxılış hazırlayıb.

Xatırladaq ki, əsərləri müxtəlif zamanlarda qırğız, qazax, özbək, rus, ingilis, fars və gürcü dillərinə tərcümə olunan Əlabbas Bağırovun yaradıcılığına son zamanlar Orta Asiya ölkələrində də maraq artıb.

Tanınmış nasirlər Aydarbek Sarmanbetovun, Abdımomun Kalbayevin, şair-tərcüməçi və ədəbiyyatşünas Akif Azalpın sayəsində özbək, qırğız və qazax oxucuları yazıçımızın hekayələri ilə doğma dillərində tanış olmaq imkanı əldə ediblər.

Hazırda Akif Azalp yazıçının “Köhnə kişi” povestini özbək, Əbdülqadir Özkan isə irihəcmli “Qiyamçı” romanını Anadolu türkcəsinə tərcümə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

End of content

No more pages to load

RADİO