Dünyasını dəyişən yeganə keçəci rəssamın əsərləri ORTADA qalıb – Mədəniyyət Nazirliyi nə QƏRAR verəcək?

1 il əvvəl koronavirusdan dünyasını dəyişən Azərbaycanın yeganə keçəci rəssamı Rauf İsmayılovun əsərlərinin aqibəti sual altındadır.

Bununla bağlı Bizim.Media-ya müraciət edən həyat yoldaşı, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Xanım İsmayılovanın sözlərinə görə rəssamın nadir inciləri dövlət əhəmiyyəti kəsb etsə də, əsərlərilə maraqlanan tapılmır. 

21 əsərə Azərbaycanın Milli Xalça Muzeyi tərəfindən müsbət rəy verildiyini vurğulayan Xanım İsmayılova Mədəniyyət Nazirliyinin biganəliyindən gileylənib:

“İyulun 17-də Mədəniyyət Nazirliyinə müraciət etmişəm. Hələki heç bir reaksiya yoxdur. Dəfələrlə telefon zəngləri etsəm də, orada çalışan əməkdaşların yönləndirmələrindən təngə gəlimişəm.

Nazirlik də gözəl bilir ki, Rauf İsmayılov savadlı xalçaçı rəssam olaraq qədim türk sənət növlərindən biri olan keçə sənətini Azərbaycanda bərpa edib, onun ən zərif, unikal, analoqu olmayan nümunələrini yaradıb və dekorativ təsviri sənət nümunəsi kimi mədəniyyətimizə töhvə verib. O, öz keçə əsərləri ilə dəfələrlə fərdi sərgilər təşkil edib, ölkə daxilində və xaricində sənət aləminin böyük rəğbətini qazanıb.

Dünyasını dəyişənə qədər bütün ömrünü, bu keçə sənətinin yaşamasına və inkişaf etməsinə həsr edib. Onun bir neçə keçə əsəri hazırda Bakıdakı Xalça, İncəsənət və Müasir İncəsənət muzeylərində qorunmaqdadır.
Xalça Muzeyinin, Xalçaçılar Birliyinin təşkil etdiyi simpozium və festivallarda keçə əsərləri ilə yaxından iştirak edib. Həmçinin Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən keçirilən müxtəlif müsabiqələrin qalibi olub. Fərdi sərgiləri təkcə respublikamızda deyil, ABŞ-da, İranda, Türkiyədə, Şimali Kiprdə təşkil olunub. Əsərləri dəfələrlə dövlət səviyyəsində xarici qonaqlara hədiyyə olunub.

BMT-nin Baş katibi (sabiq) Butros Butros Qaliyə, Türkiyənin baş naziri(sabiq) Məsud Yılmaza, Ulu Öndər Heydər Əliyevin 75 illik yubileyi şərəfinə hazırladığı "Ana Vətən, Vətən Ana" əsəri Heydər Əliyev Fonduna təqdim olunub”.

Xanım İsmayılova qeyd edib ki, rəssamın özündən sonra, hər biri Azərbaycan muzeylərini bəzəyə biləcək 30 -a yaxın keçə əsəri mənzilində qorunur. Amma mənzil şəraiti bu əsərlərin qorunması uçün uyğun deyil:

“Bu əsərlərin hər birinin muzey sərvəti olduğunun fərqindəyəm. Keçə sənətilə nə əvvəl, nə də sonra məşğul olan ikinci sənətkar, rəssam hələki yoxdur. Bu sənətin, mədəniyyətimizin bir qolu kimi gələcək nəsillərə çatdırılması və mədəniyyət tariximizin qədimliyinin sübutu kimi onların muzey eksponatı olaraq qorunması vacibdir.

Onlarin Mədəniyyət Nazirliyi tərəfindən muzey sərvəti kimi komissiya təşkil olunaraq qiymətləndirilməsi, qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və unikal əsərlərin ailəmizdən alınıb aid olduğu muzey, yaxud qaleriyalarda ekspozisiyalara daxil olmasını istəyirik”.
Rəssamın həyat yoldaşı əlavə edib ki, ilk dəfə yanvar ayında Mədəniyyət Nazirliyinə bu məsələ ilə bağlı müraciət edib. Müraciətinə konkret cavab verilməyib və Xalça Muzeyinə yönləndirilib. Xalça muzeyi əsərlərə baxış keçirib, müvafiq komissiya ilə nadir incilərin dövlət əhəmiyyətli əsərlər olduğuna dair rəy verib. Amma Mədəniyyət Nazirliyi tərəfindən heç bir adekvat addım atılmayıb. 

Mədəniyyət Nazirliyi vətəndaşın şikayəti əsasında sorğumuzu cavablandırıb.

Naziliyin aidiyyəti şöbəsindən Bizim.Media-ya bildirilib ki, Milli Xalça Muzeyində fəaliyyət göstərən Ekspert komissiyası tərəfindən əsərlərə baxılıb və rəy verilib. Nazirliyin rəhbərliyi həmin əsərlərin muzey kolleksiyası üçün alınıb-alınmamasına qərar verəcək. 

Qeyd edək ki, Rauf Əbdülhüseyn oğlu İsmayılov 28 iyun 1957-ci ildə Mingəçevir şəhərində anadan olub.

“Ana məhəbbəti”, “Hünər meydanı”, “Fəryad”, “Gəl rəqs edək”, “Gecə görüntüləri”, “Qurtuluş”, “Məhəbbət sorağında”, “Tənha ağac” kimi əsərlərin müəllifi R.İsmayılov 2002-ci ildə “Humay” Milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi “Soltan Məhəmməd” adına xüsusi mükafata, 2005-2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb.

Rəssamın “Həyatın bir anı” (Bakı, 2006), “Ulu sənət” (2009), “Ulu xalq-ulu sənət” (2010) adlı fərdi sərgiləri təşkil olunub.

Rauf İsmayılov Azərbaycanda keçə sənəti ilə məşğul olan ilk və yeganə rəssam idi.

Alçina Amilqızı, Bizim.Media 















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

End of content

No more pages to load

RADİO